hia.az
hia.az

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

53 dəfə baxılıb 25-08-2026, 14:50

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Oğuzda baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalardır.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

13:01

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi