hia.az
hia.az

Bakıda alimentdən boyun qaçıran 42 yaşlı qadın həbs olundu

389 dəfə baxılıb 28-11-2018, 13:24

Bakıda alimentdən boyun qaçıran 42 yaşlı qadın həbs olunduBakıda qadın həbs edilib.

Bu barədə Trend-ə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov deyib.

Onun sözlərinə görə, qadın Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerində saxlanılır: "Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı 3 il 8 aydır həyat yoldaşından ayrılıb.

Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib.

Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi