hia.az
hia.az

Su Polisi köməksiz balıqçıları xilas etdi

346 dəfə baxılıb 24-11-2018, 15:14

Su Polisi köməksiz balıqçıları xilas etdiBu günlərdə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları canfəşanlıq göstərərək xilas ediblər.

hia.az xəbər verir ki, idarənin rəsmi məlumatına görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadov bilavasitə Su Nəqliyyatında Polis İdarəsinin rəisinin nəzarəti və səyi nəticəsində xilas edilib. Balıqçıların yerləri operativ şəkildə müəyyən edilib və həyatları xilas olunub. Hər iki şəxs və onlarin ailə üzvləri həyatlarının xilasına görə, eləcə də ailələrini gözüyaşlı qoymadığına görə Azərbaycan polisinə və şəxsən idarə rəisinə təşəkkürlərini bildiriblər. Su Polisi mütəmadi olaraq bu cür halların qarşısını almaq üçün profilaktik və lazımi işləri gücləndirir.

Onu da bildirək ki, Su Polisi tərəfindən dəfələrlə təhlükəli anlarda insanların həyatı xilas edilib və bu cür hadisələrin qarşısı alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi