hia.az
hia.az

“Torqovı” sakinləri: yanğına restoran səbəb olub

117 dəfə baxılıb 25-04-2022, 08:16

“Torqovı” sakinləri: yanğına restoran səbəb olub


Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Hia.az APA-ya istinadən bildirir ki, hadisə Mərdənov qardaşları küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın yaxınlığında yanğın başlayıb.

Sakinlər bildirir ki, binaya bitişik olan restoran təhlükəsizlik qaydalarını pozub. Mətbəxin tüstü bacasından bina ilə restoranın arasında olan taxta tullantılarının üzərinə alov düşüb. Nəticədə yanğın baş verib. Əraziyə FHN-nin 3 yanğınsöndürən maşını və canlı briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Bundan əlavə sakinlər iaşə obyektinin qanunsuz olaraq balkon tikdiyini də qeyd ediblər.

Daha sonra hadisənin baş verdiyi ünvana Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov gəlib. Sakinlərin şikayəti dinlənilib. Şöbə müdiri APA-nın ərazidə olan əməkdaşının sualına cavab verməyib. Bildirilib ki, hazırda araşdırma işləri aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi