hia.az
hia.az

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

340 dəfə baxılıb 23-11-2018, 13:02

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

Qətldə və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxasovla bağlı Ali Məhkəməyə müraciət edilib.

hia.az xəbər verir ki, həmin şəxslər barəsindəki hökmdən prokurorluq tərəfindən kassasiya şikayəti verilib və cəzaların ağırlaşdırılması istənilib.

Eyni zamanda, təqsirləndirilən şəxslər də şikayət verərək, Ali Məhkəmədən
cəzalarının yüngülləşdirilməsini istəyirlər.
İş hakim Əli Seyfəliyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A.Hümmətov və C.Alxasov həm də qətl üzrə bəraət alıblar.

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi