hia.az
hia.az

Kiyev Putinin yaxın adamını həbs edir

386 dəfə baxılıb 3-04-2021, 19:49

Kiyev Putinin yaxın adamını həbs edir



Ukrayna Dövlət Təhqiqatlar Bürosu Müxalifət Platforması – Həyat üçün Partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuk və həmin partiyadan olan deputat Taras Kozaka qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu məlumatı Avropa Həmrəyliyi Partiyasının deputatı Aleksey Qonçarenko paylaşıb.

Qeyd edək ki, rusiyayönlü Medvedçuka qarşı bundan öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən sanksiya tətbiq edilib. Üstəlik, Medvedçukun yaxın adamı olan Kozakın əlindən isə demək olar ki, bütün televiziyaları alınıb.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi