hia.az
hia.az

Bakıda polisin gözü qarşısında oğurluq etmək istədi...

470 dəfə baxılıb 29-01-2019, 14:36

Bakıda polisin gözü qarşısında oğurluq etmək istədi...
Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən bir ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb.

13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib.

Araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi