hia.az
hia.az

Bakıda külək ağacı maşının üzərinə aşırdı

343 dəfə baxılıb 16-01-2019, 11:23

Bakıda külək ağacı maşının üzərinə aşırdı
Bakıda külək qurumuş ağacı aşırıb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş "Hyundai" markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti küləyin daha da güclənəcəyi ilə bağlı xəbədarlıq edib.

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı proqnozlaşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi