hia.az
hia.az

Şərifovun kadrlarının ənənəvi iş metodu... - İDDİA

263 dəfə baxılıb 14-12-2018, 13:21

Şərifovun kadrlarının ənənəvi iş metodu... - İDDİABeyləqanda yeni icra başçısını qəzəbinə tuş olan növbəti məmir yerli Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyev olub.

Mozalan.az-a rayondan verilən xəbərə görə 25 il məsul vəzifələrdə çalışmış Allahverdiyev Vaqif Abdullayevin getməsindən sonra əndişə içərisində idi. Sabiq başçının vaxtında dövlətin ayırdığı vəsaitlərin mənimsənilməsində, milyonluq maxinasiyalarda onun da imzası var.

Yeni icra başçısı Asif Ağayev artıq Vaqif Abdullayevin bir neçə kadrı ilə vidalaşıb. Bəzilərinin barəsində korrupsiya ittihamı ilə araşdırma gedir.

Belə bir vəziyyətdə İslam Allahverdiyev çıxış yolunu “köhnə üsulla” həll etmək istəyib. Rayondakı idarə və təşkilatlara ayrılan vəsaitlərdən yeni icra başçısına “pay” tələb edib.

Yaqin ki, müəyyən məbləğdən sonra icra başçısına “sürpriz” etmək niyyətində imiş.

Lakin icra başçısı bundan xəbər tutub onu koibinetinə çağıraraq möhkəm danlayıb. Bundan sonra bu vəzifədə qalmasının arzuolunmaz olduğunu deyib.

Ehtimal ki, yaxın vaxtlarda İ.Allahverdiyev əvəzlənəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi