hia.az
hia.az

Metronun milyonlar verdiyi şirkətlərin qaranlıq keçmişi - İTTİHAM

312 dəfə baxılıb 11-12-2018, 02:12

Metronun milyonlar verdiyi şirkətlərin qaranlıq keçmişi - İTTİHAM“Bakı Metropoliteni” QSC keçirdiyi tenderlərin qalibini elan edib.
"Kommersant.az" xəbər verir ki, 14 noyabr 2018-ci il tarixində 2 lot üzrə açıq tender keçirilib.

Lot1. “Bakı Metropoliteni” QSC Bənövşəyi xətt üzrə şərti adı”B03” olan stansiyasında asma tavanının quraşdırılması və işıqlandırılması işlərinin satın alınması üzrə keçirilən tenderdə “NİMEX” MMC qalib olub və şirkətlə 1 mln 414 min 245 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, "NİMEX" MMC ötən ilin oktyabr ayında “Lider Logistics Co LTD” şirkəti tərəfindən “daşıma haqqı, faiz borcu və hüquqi yardım xərcinin ödənilməsi”nə görə məhkəməyə verilmişdi. İddia qismət təmin edilmişdi.

Lot2. N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 yarımstansiyası üçün güc kabellərinin satınlınmasl üzrə tender predmeti 3 şirkət arasında bölüşdürülüb.

Bu şirkətlər: “STP” MMC (452 min 739 manat), “İnterkabel” firması (182 min 728 manat) və "Göknur Bakı LTD” MMC (117 min 619 manat) olub.

"Göknur Bakı LTD” MMC şirkəti isə 2016 -cı ilin mart ayında “Azturels” MMC şirkətini borcunu ödəmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinə versə də iddia təmin edilməmişdi.

Qalib gəlmiş təşkilatlar 3,4 və 5 dekabr 2018-ci il tarixində müvafiq satınalma müqavilələri imzalanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi