hia.az
hia.az

BDU-nun "boz kardinal"ı yol üstündədir... - İDDİA

249 dəfə baxılıb 8-12-2018, 14:30

BDU-nun "boz kardinal"ı yol üstündədir... - İDDİABir müddət əvvəl vəzifədən azad edilən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adının hələ də KİV-in gündəmindən düşməməsi onun bu təhsil ocağındakı yaxın çevrəsində ciddi narahatlıq yaradıb.Bu başadüşüləndir.
Belə ki,hər kəs yaxşı anlayır ki,illərlə üst-üstə yığılıb qalan problemləri kökündən həll etmək ,universitetdə təmiz ab-hava,yeni bir mühit formalaşdırmaq üçün köhnə komandanın əvəzlənməsi qaçılmazdır.Bununla bağlı Təhsil Nazirliyində də ciddi müzakirələrin aparıldığı və yaxın vaxtlarda müəyyən addımların atılacağı deyilir.

BDU-nun "boz kardinal"ı yol üstündədir...

Faktinfo.az-ın əldə etdiyi məlumata görə,vəzifədən kənarlaşdırılacaq ilk şəxslərdən biri Sosial Məsələlər,Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr üzrə prorektor,tarix elmləri doktoru,professor Sani Hacıyev olacaq .Bu onunla izah olunur ki,S.Hacıyev digər 4 prorektordan fərqli olaraq, uzun illər boyu universitetdə sabiq rektor Abel Məhərrəmovun ən yaxın adamı kimi tanınıb və BDU-da bir çox işlər birbaşa onun nəzarətində olub.

Qeyd edək ki,S.Hacıyevin fəaliyyəti ilə bağlı sayta daxil olan bir sıra məlumatlar dəqiqləşmə tələb etdiyindən həmin məsələlərdən yazmağı məqsədəuyğun saymadıq.

Yayılan xəbərlərə münasibət öyrənmək üçün Sani Hacıyevlə telefon əlaqəsi saxladıq.Lakin o bizimlə danışmaq istəmədi və "mətbuat xidməti ilə əlaqə saxlayın" deyərək telefonun dəstəyini yerə qoydu.Universitetin mətbuat xidmətinə edilən çoxsaylı zənglərimiz isə cavabsız qaldı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi