hia.az
hia.az

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

16 dəfə baxılıb 4-08-2026, 16:43

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

Rusiyanın məhsulların rəqəmsal markalanması sistemi "Çestnıy Znak" “Rospotrebnadzor”un göstərişi əsasında Ermənistandan idxal edilən 70 min butulkadan çox içməli su və qazlı içkinin satışını bloklayıb.

Bu barədə şirkət məlumat yayıb.

Satışın dayandırılmasına səbəb kimi məhsulların Rusiya vətəndaşlarının həyat və sağlamlığı üçün potensial təhlükə yaratması göstərilib.

Bildirilib ki, satışına qadağa qoyulan məhsullar arasında "Bjni" markalı müalicəvi süfrə mineral suyu, "Prosto Azbuka" təbii içməli suyu və "Moxito" alkoqolsuz qazlı içkisi var.

Qeyd edək ki, bu ilin 28 aprel tarixində Rusiyanın "Çestnıy Znak" rəqəmsal markalanma sistemi “Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan "Cermuk" mineral suyunun satışını dayandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi