hia.az
hia.az

"Təmiz Şəhər": Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

3 dəfə baxılıb Dün, 13:44

"Təmiz Şəhər": Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Azərbaycanda gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı, yəni üzərində mühərrik və sürətlər qutusunun olması qiymətlərə təsir göstərəcək.

Bunu "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin oktyabr ayında start götürmüş proses çərçivəsində ötən həftəyə qədər 30 min maşın qəbul edilib: "Yay aylarında bu proses intensiv olur. Bölgələrdən illərlə həyətlərdə yatıb qalan avtomobilləri xüsusi evakuatorlarla daşıyıb Bakı, Gəncə, Abşeron və Sumqayıtda olan utilizasiya məntəqələrinə təhvil verirlər. Eyni zamanda 2025-ci il istehsalı olan 5-6 ədəd avtomobil gətirilib utilizasiyaya təhvil verilib. Bunlar da BYD və "Changan"lardır. Çox güman ki, taksidə istifadə olunan maşınlardır və yaxşı sürülmədiyi üçün bu hala düşüblər. Əslində, bu, həmin brendlərin zəif olduğunu deməyə əsas vermir, çünki bu hallar qəza nəticəsində baş verir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi