hia.az
hia.az

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

22 dəfə baxılıb 13-07-2026, 11:19

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Azərbaycanın Fransanın dənizaşırı ərazilərdə baş verənlərə münasibətinin rəsmi Parislə ikitərəfli münasibətlərə heç bir aidiyyatı yoxdur.

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Bunun bizim Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyatı yoxdur. Ümid edirəm ki, mənim mesajım düzgün qəbul ediləcək və Parisdə də bu eşidiləcək. Çünki bu gün biz Fransa ilə münasibətlərimizin normallaşmasına çalışırıq. Onlar bizi tənqid edir, biz onları tənqid edirik. Bu hücum deyil, bu işçi münasibətlərdir. İki suveren ölkə arasında. Hər iki ölkə bərabərdir. Biri digərindən heç bir məsələdə üstün deyil. Ancaq tənqid etmək və narahatlıq ifadə etmək normal məsələdir"- Prezident əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi