hia.az
hia.az

NATO toplantısının bugünkü PROQRAMI

4 dəfə baxılıb Bugün, 10:30

NATO toplantısının bugünkü PROQRAMI

Türkiyənin paytaxtı Ankarada keçirilən NATO-nun 36-cı Zirvə toplantısının bu gün ikinci günüdür.

Sammitin ikinci günü çərçivəsində alyansın dövlət və hökumət başçılarının iştirakı ilə bir sıra mühüm tədbirlər nəzərdə tutulub.

Proqrama əsasən, saat 08:15-də NATO-nun Baş katibi media nümayəndələri üçün qapı önü (doorstep) bəyanatı ilə çıxış edəcək. Bundan sonra müttəfiq ölkələrin dövlət və hökumət başçıları da jurnalistlərə qısa açıqlamalar verəcəklər.

Saat 10:45-də NATO-nun Baş katibi və Türkiyə Prezidenti sammit iştirakçılarını rəsmi qarşılanma mərasimində fərdi qaydada salamlayacaqlar.

Saat 11:00-da zirvə toplantısının ənənəvi ailə fotosu çəkiləcək.

Ardınca, saat 11:15-də NATO-nun ali qərarverici orqanı olan Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası başlayacaq.

Sammitin rəsmi proqramı saat 15:00-da NATO-nun Baş katibinin Beştəpə Prezident Kompleksində yerləşən Beynəlxalq Media Mərkəzində keçirəcəyi mətbuat konfransı ilə davam edəcək.

Qeyd edək ki, bugünkü müzakirələrdə alyansın təhlükəsizlik strategiyası, müdafiə xərclərinin artırılması, Ukraynadakı müharibə, eləcə də beynəlxalq və regional təhlükəsizlik gündəliyinin digər aktual məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi