hia.az
hia.az

Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

95 dəfə baxılıb 22-04-2025, 11:54

Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan regional və qlobal bir çox məsələdə əsas rola sahib olan ölkəmizin xarici siyasətinə milli mənafelərimiz əsasında çoxölçülü və uzaqgörən bir baxış bucağı ilə liderlik etməyi davam etdirir", - deyə o qeyd edib.

F.Altun vurğulayıb ki, Türkiyə Prezidenti bu gün ardıcıl olaraq Avropa Şurasının Baş katibi Alain Berset, Avstraliyanın General-Qubernatoru Samanta Mostin və Pakistanın Baş naziri Şahbaz Şəriflə Ankarada görüşlər keçirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi