hia.az
hia.az

Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

96 dəfə baxılıb 21-04-2025, 12:55

Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.

Yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

FHN hadisə ilə bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.

Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.

***

FHN-in məlumatına görə, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi