hia.az
hia.az

"Düşməndən betərsiniz" - Nadir özündən çıxdı

364 dəfə baxılıb 1-12-2018, 13:17

"Düşməndən betərsiniz" - Nadir özündən çıxdıMüğənni Nadir Qafarzadə əməkdar artist Elza Seyidcahanı müdafiə edib.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə həmkarının tənqid edilməsinə əsəbiləşib:

"Səhərdən sosial şəbəkəyə baxıram, kişili, qadınlı hamısı Elza xanımın üstünə çox gedirlər. Olmaz belə, Elza erməni qızı deyil, öz xalqımızın övladıdır. Elza ilə Kərim davalarını özləri bilərlər. Siz niyə ortaya düşüb təhqir, söyüş yazırsız? Mədəniyyətiniz olsun, ayıbdır. Bir qadının üstünə bu qədər getmək olmaz. Ayıbdır, düşmənə nə deyək biz, düşməndən betərsiniz. Mənim əsəblərim korlanıb. Səhərdən İnstaqramda yazılanları oxuyuram. Qadınlar bir yana, dırnaqarası kişilər də yazır. Utanın, ayıbdır. Azərbaycan qadınına siz nə söyüşlər yazırsınız, utanın".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi