hia.az
hia.az

İranda qeyri-fars adlara qarşı məhdudiyyətlər gücləndi

128 dəfə baxılıb 18-07-2024, 11:24

İranda qeyri-fars adlara qarşı məhdudiyyətlər gücləndi

Adlar bazası İran və islam adları ilə zənginləşdirilməlidir və interaktiv sistem valideynlərə İran və islam adlarını seçməkdə yardım etməlidir.

Bunu İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinin rəhbəri Haşım Kargər deyib.

O, İran milli kimliyinin inkişaf etdirilməsi üçün əlaqədar qurum və şəxslərə kimlik sahəsində məlumat bazasını İran və islam mədəniyyətinə aid olan adlarla zənginləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, İranda qeyri-fars və ərəb adlarından başqa adlar qeyri-irani adlar hesab edilir.

Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik verilmir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi