hia.az
hia.az

Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairədən namizədliyini irəli sürdü

26 dəfə baxılıb 17-07-2024, 14:30

Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairədən namizədliyini irəli sürdü

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi irəli sürülüb.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Seçki Qərargahı məlumat yayıb.

Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib.

VHP Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən VHP Ali Məclisini üzvü Rafael Hüseynov, 70 saylı Neftçala seçki dairəsindən VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli və 75 saylı Yardımlı-Masallı seçki dairəsindən VHP sədrinin müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin sənədləri müvafiq seçki dairələrinə təqdim edilib.

Xatırladaq ki, 70 saylı dairədən ötən seçkilərdə VHP sədri Sabir Rüstəmxanlı deputat seçilmişdi.

Bu dəfə S.Rüstəmxalı seçkidə iştirak etməyəcəyi gözlənilir. VHP 70 saylı dairədən artıq Tənzilə Rüstəmxanlının namizədliyini irəli sürüb.

Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı bir müddət öncə Modern.az-a açıqlamasında demişdi ki, ailədən bir nəfərin deputatlığa namizədliyi irəli sürüləcək:

“Tənzilə xanım da partiyanın üzvüdür. O, partiyamızda həm Türk dünyası ilə əlaqələr üzrə məsuldur, həm də Qərbi Azərbaycan İcmasının fəallarından biridir. Həm bu icmanın, həm də partiyanın, eləcə də özünün istəyi nəzərə alınacaq. Bir ailədən bir nəfər namizəd ola bilər. Mən namizəd olsam Tənzilə xanım, o namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəm”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi