hia.az
hia.az

Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib

85 dəfə baxılıb 12-06-2024, 14:57

Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb. O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, - paylaşımda qeyd edilib.
Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi