hia.az
hia.az

Əli Əsədov rusiyalı həmkarını təbrik edib

69 dəfə baxılıb 12-06-2024, 12:16

Əli Əsədov rusiyalı həmkarını təbrik edib


Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Mixail Mişustini Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik edib.

Məktubda Əli Əsədov qeyd edib ki, iki xalqı birləşdirən çoxəsrlik dostluq telləri, mehriban qonşuluq və qarşılıqlı anlaşma Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın bünövrəsidir.

İki ölkə arasında geniş spektrdə, o cümlədən ticarİ-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi