hia.az
hia.az

Daha bir boksçumuz 1/4 FİNALDA

104 dəfə baxılıb 30-05-2024, 15:25

Daha bir boksçumuz 1/4 FİNALDA


Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb.

57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də olacaq.
Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi