hia.az
hia.az

BMTM sədri: Biz Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıyıq

64 dəfə baxılıb 29-05-2024, 14:41

BMTM sədri: Biz Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıyıq

Biz enerji və əlaqə məsələləri də daxil olmaqla Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıyıq.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev İtaliya Senatının binasında keçirilən “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.

F.Şəfiyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin (Edmondo Cirielli) bəzi Aİ liderlərini Cənubi Qafqaz və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı şərhlərdən çəkinməyə çağıran bəyanatına diqqət çəkib.

“İtaliyanın bu və digər müsbət addımları onun İtaliya və Aİ-nin maraqlarını ayıq şəkildə nəzərə alan, rasional və sülhsevər Aİ ölkələrindən biri olduğunu göstərir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi