hia.az
hia.az

Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək

47 dəfə baxılıb 22-05-2024, 13:21

Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək

Mayın 25-dən Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

Bundan başqa, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edib. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi