hia.az
hia.az

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

16 dəfə baxılıb 23-04-2024, 10:07

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib


Ermənistan İkinci Qarabağ müharibəsində hərbi cinayət olduğu ehtimal olunan əməllərin araşdırılmasında irəliləyiş əldə etməyib.

Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında diqqətə çatdırılıb.

“Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması” ittihamı ilə 2020-ci ilin payızında intensiv döyüşlər zamanı ermənicə danışan cinayətkarların davranışlarını araşdırmaq üçün Ermənistan hakimiyyəti tərəfindən 2020-ci ildə başlanmış altı cinayət işi ilə bağlı heç bir yenilik yoxdur”, – xarici siyasət idarəsi vurğulayıb.

Hesabatda qeyd olunub ki, “ermənicə danışan cinayətkarların törətdiyi mümkün hərbi cinayətin təhqiqatında irəliləyişə nail olmayıb”.

Bildirilib ki, 6 işdən 4-ü qətl, işgəncə və qeyri-insani rəftarla, 1 qətl və işgəncə ilə, 1-i də ehtimal olunan qətllə bağlı olub.

Hesabata görə, hökumət 2021-ci ildə bütün altı işi bir cinayət prosesində birləşdirsə də, təhqiqat hələ də davam edir.

Eyni zamanda, Dövlət Departamenti Ermənistanın paytaxtı İrəvandakı yeganə sinaqoqa iki vandalizm aktına da diqqət çəkib.

Bildirilib ki, hökumət bu əməlləri “yanlış antisemitizm narrativləri yaratmağa və milli siyasəti sarsıtmağa çalışan xarici aktorların” ayağına yazıb:

“Polis bu insidentlərlə bağlı araşdırmaları davam etdirib”.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi