hia.az
hia.az

“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”

9 dəfə baxılıb 20-04-2024, 15:20

“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”

Hakim partiyanın rəhbəri İrakli Qaribaşvili bildirib ki, Aİ ölkəni öz sıralarına qəbul etmək qərarına gələrsə, Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxmağa hazırdır.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi