hia.az
hia.az

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? - Nazir AÇIQLADI

13 dəfə baxılıb 18-04-2024, 16:17

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? - Nazir AÇIQLADI

“Məktəblinin dostu” layihəsinin bütün məktəblərdə olmasını arzu edirik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib.

“Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə, hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn uşaqların davranışı digər uşaqların həyatına təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual oluna bilər ki, niyə məktəb özü etmir, “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədən heç Elm və Təhsil Nazirliyinə bildirməməyə və məktəb daxilində həll etməyə çalışılır. Bu tip hadisələrin həllini tapması üçün ört-basdır edilməsi yox, müzakirə edilməsi tərəfdarıyıq”, - deyə nazir bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi