hia.az
hia.az

Abşeronda İradə Gülməmmədova bazarı……

287 dəfə baxılıb 26-11-2018, 14:43

Abşeronda İradə Gülməmmədova bazarı……
Rayonun icra başçısı problemləri bir kənara tullayaraq, pul qazanmaqla məşğuldur
Abşeronun yeni icra başçısı İradə Gülməmmədova vəzifə başına keçər, keçməz bütün imkanlarını səfərbərliyə alıb. İmkanların səfərbərliyə alınmasının səbəbi heç də camaata xidmət etmək deyil, əksinə, onların işini bir qədər də çətinləşdirməkdir.
Məsələn, icra başçısının təlimatı ilə hazırda Abşeron rayonunda torpaq sahəsi üzərində ev tikmək istəyənlər 5000 manat verməlidirlər. Lakin əvvəllər bu rəqəm 2500-3000 manat aralığında dəyişirdi. Bundan başqa, İradə Gülməmmədova ayrı-ayrı obyekt sahiblərindən də aylıq olaraq haqq yığrdırır və bu işi onun müavinləri həyata keçirirlər.
Amma İradə Gülməmmədovanın idarəçiliyində ən çatışmayan cəhətlərdən biri də rayonda bazar açmasıdır. Belə ki, xanım icra başçısı artıq Abşeronda hər şeyin alınıb, satıla biləcəyi rəyini yaradıb. Bu səbəbdən də hətta başqalarına məxsus əmlakların elə bir digərinə satılması halları müşahidə olunmaqdadır.
Demokratiya.info onu da bildirir ki, hal hazırda Abşeron rayonunda bir sıra ciddi problemlər baş qaldırıb. İcra başçısı onların aradan qaldırılması üçün çalışmaq əvəzinə, daha çox ört-basdır edilməsinə çalışır. Əksəriyyəti Zakir Fərəcov dönəmindən qalmış olan həmin problemlərin daha nə qədər həll olunmamış qalacağı isə kimsəyə məlum deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi