hia.az
hia.az

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB

112 dəfə baxılıb 9-04-2024, 09:53

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

Bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, - qeyd edilib.

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB

08:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüş Bişkek şəhərində keçirilir.

Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi