hia.az
hia.az

Müsəlmanlara viza qadağaları qoyulur - Ahsan Hamid

133 dəfə baxılıb 9-03-2024, 11:49

Müsəlmanlara viza qadağaları qoyulur - Ahsan Hamid

Siyasi sferada ayrı-seçkiliklə bağlı müsəlmanlara viza qadağaları qoyulur.

Bunu Siyasət Araşdırmaları Mərkəzinin icraçı direktoru Ahsan Hamid "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“İslamofobiyanın Avropada artmasının şahidi oluruq. Müsəlmanlar təhlükə və təhdid kimi qələmə verilir. İdeoloji bir düşmənçilik hissi yaradıldı. Qərb mediası bu mövzuda qərəzli yanaşması ilə seçilir. İslamofobiyadan siyasi alət kimi, seçkilərdə səs toplamaq üçün istifadə edirlər”, - deyə o bildirib

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi