hia.az
hia.az

Günün havası - Bakıya yağış, rayonlara qar yağacaq...

122 dəfə baxılıb 9-03-2024, 09:32

Günün havası - Bakıya yağış, rayonlara qar yağacaq...

Martın 9-da Azərbaycanda havanın yağıntılı keçəcəyi, rayonlara qar yağacağı gözlənilir.

Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə çiskinli, gündüzdən isə arabir yağıntılı olacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi