hia.az
hia.az

Rusiya Zelenskinin kortejinə zərbə endirib - Ukrayna lideri sui-qəsdi təsdiqlədi

25 dəfə baxılıb 7-03-2024, 11:45

Rusiya Zelenskinin kortejinə zərbə endirib - Ukrayna lideri sui-qəsdi təsdiqlədi

Rusiya Odessada Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinə raket zərbəsi endirib.

Zelenski sui-qəsd cəhdini təsdiqləyib və xəsarət almadığını qeyd edib.

Ukrayna və Yunanıstan KİV-lərinin məlumatına görə, insident martın 6-da Zelenski və Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşündə, sonuncu Odessa limanını gəzərkən baş verib.

Daha sonra Ukrayna prezidenti və Yunanıstan hökumətinin başçısı Odessadakı partlayışlarla bağlı təəssüratlarını bölüşüblər.

“Biz o partlayışları gördük və eşitdik. Görün, kiminlə işimiz var, hara vurduqları onların vecinə deyil, mən bilirəm ki, bu gün qurbanlar olub, hələ ki bütün təfərrüatları bilmirəm, amma qurbanların və yaralıların olduğunu bilirəm”, - Zelenski bildirib.

Mitsotakis də gördüklərinin "təsirli" bir təcrübə olduğunu söyləyib.

“Bizə çox yaxın sirenlər və partlayışlar eşitdik. Qorunan və təhlükəsiz yerə getməyə vaxtımız yox idi. Bütün bunlar çox təsi edici bir təcrübədir",- deyə Mitsotakis bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi