hia.az
hia.az

Ruslan ölkəmizə gətirilir - Atası danışdı

66 dəfə baxılıb 5-03-2024, 11:46

Ruslan ölkəmizə gətirilir - Atası danışdı

İnanırdıq ki, Prezidentimiz İlham Əliyev Ruslanın ölkəmizə gətirilməsinə nail olacaq.

Bu sözləri açıqlamasında Ruslan Pənahovun atası Eldəniz Pənahov ötən gün Ermənistan İstintaq Komitəsinin Ruslana qarşı cinayət təqibini ləğv etməsi haqqında danışarkən deyib.

O bildirib ki, dünən gecə yayılan xəbərə görə bütün ailə, doğmalar sevinc içindədir:

“Bu sevinci ifadə edə bilmərəm. Düzdür, hələlik azad olunması, Azərbaycana gətirilməsi ilə bağlı rəsmi bir xəbər yoxdur. İnşallah, Prezident İlham Əliyev oğlum Ruslanı vətənimizə gətirəcək. Hamımız Ruslandan xəbər gözləyirik”.

Qeyd edək ki, fevralın 28-də duman səbəbindən yolu azaraq Ermənistanla şərti sərhədi keçən və saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistan istintaq Komitəsi cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.(Axar)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi