hia.az
hia.az

İlham Əliyev 4 qanunu İMZALADI

47 dəfə baxılıb 27-12-2023, 12:01

İlham Əliyev 4 qanunu İMZALADI


Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, gələn ildən pərakəndə malların satışı ilə bağlı nəzarət-kassa aparatının çeki üzrə 4 000 manatdan, eləcə də tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dövlət başçısı, həmçinin “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi qanunu da imzalayıb.

Yenilənmiş qanuna əsasən, gələn ildən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük rüsumlarından azad ediləcək.

Bundan başqa, Azərbaycan ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar, müvafiq qurum və tabeliyindəki müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrin idxalı gömrük rüsumlarından azad olunacaq.

İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölünməsinin növbəliliyinə dəyişiklik edilib.

Belə ki, 7-ci növbədə olan "Bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər" "Dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər"lə əvəz edilib.

“Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi də təsdiqlənib. Bundan sonra sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyinə dəyişiklik edilib.

Belə ki, səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər nəzərdə tutulur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi