hia.az
hia.az

Premyer Liqa: “Zirə” “Səbail”i, “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək

116 dəfə baxılıb 28-10-2023, 10:08

Premyer Liqa: “Zirə” “Səbail”i, “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Açılış matçı Bakıda baş tutacaq.

İlk olaraq “Zirə” “Səbail”i qəbul edəcək. Meydan sahibləri 20 xalla liderdirlər. “Dənizçilər” isə 17 xalla üçüncü pillədə qərarlaşıblar.

Günün ikinci qarşılaşmasında Qərb derbisi gerçəkləşəcək. “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Tovuz təmsilçisi 12 xalla yeddinci, Gəncə klubu altı xalla sonuncu - 10-cu sıradadır.

Azərbaycan Premyer Liqası, XI tur

16:00. “Zirə” - “Səbail”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Zirə” İK stadionu.

19:00. “Turan Tovuz” - “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, XI turun digər görüşləri 29-30 oktyabrda baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi