hia.az
hia.az

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

247 dəfə baxılıb 24-11-2018, 15:15

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdürBu gün Azərbaycanın qəhrəman övladı, mübarizlər karvanının hələ ki, sonuncu mərd oğlu Çingiz Qurbanovun doğum günüdür.

hia.az-ın məlumatına görə, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub.

2012-ci ildə məktəbi bitirən Ç.Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub.

2016-cı ildə universiteti bitirən Çingiz həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ön cəbhədə xidmət göstərən əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub.

Ç.Qurbanov sərrast atəşlə üç ermənini məhv edib, birini ağır yaralayıb. Yaralı erməni zabiti yanvarın 16-da ölüb.

2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycan təhvil verib.

2017-ci il fevralın 6-da Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi