hia.az
hia.az

"Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir" - Rəsmi Bakı

153 dəfə baxılıb 30-06-2023, 16:42

"Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir" - Rəsmi Bakı


Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa Prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Bu fikirlər iyunun 30-da Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb.

Diplomata bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi