hia.az
hia.az

Avropa Rusiya qazından imtina edə bilməz - Afina

277 dəfə baxılıb 9-05-2022, 09:40

Avropa Rusiya qazından imtina edə bilməz - Afina


Avropa indi Rusiya qazından imtina edə bilməz, bunu tədricən etmək lazımdır.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

"Hazırda bizim də Avropa kimi daha cəsarətli olmaq imkanımız var. Ya əsas qaz tədarükçüləri ilə mərkəzləşdirilmiş qaydada danışıqlar aparaq, ya da bunu edə bilməsək, ev təsərrüfatlarını və biznesi dəstəkləmək üçün maliyyə resursları ayıraq. Biz pul ayıracağıq. Amma bu səylərə Avropa dəstəyi olsaydı, daha effektiv olardıq. Biz bunu hələ görməmişik və buna görə çox təəssüflənirəm”, - Mitsotakis bildirib.

O qeyd edib ki, Rusiya qazının tez bir zamanda dayandırılması zərurəti Yunanıstana qısamüddətli imkanlar verir:

"Aralıq dənizi hövzəsindən, eləcə də digər mümkün mənbələrdən təbii qazın nəqli üçün enerji qovşağı axtarmalıyıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi