hia.az
hia.az

Bakıda zavodda partlayış - Ölən var

303 dəfə baxılıb 7-05-2022, 14:20

Bakıda zavodda partlayış - Ölən var


Mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi