hia.az
hia.az

"Ermənistan 30 il ekoloji terror törədib" - İlham Əliyev

247 dəfə baxılıb 29-04-2022, 14:15

"Ermənistan 30 il ekoloji terror törədib" - İlham Əliyev


“İndi biz Qarabağın və Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə dərin inteqrasiyası üzərində işləyirik, ona görə də dəmir yolları, hava limanları tikilir, elektrik enerjisi verilir. Suyun paylanması məsələsi bir az daha çox vaxt aparacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə söyləyib.

“Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”, - dövlət başçısı vurğulayıb.

O xatırladıb ki, bir neçə il əvvəl AŞPA-da Ermənistanı buna görə pisləyən qətnamə qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi