hia.az
hia.az

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində tədbirlər uğurla davam edir

348 dəfə baxılıb 24-07-2020, 11:27

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində tədbirlər uğurla davam edir


















1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı isə meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, mövcud meliorasiya potensialından daha səmərəli istifadə yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.
Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Böyük rəhbərin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda — 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində böyük dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqisi üçün güclü təkan idi.
Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyevin Azərbaycan daim diqqət mərkəzində idi. Heydər Əliyev Azərbaycanda Kommunist Partiyasının sədri seçilməmişdən qabaq Azərbaycan iqtisadiyyatında durğunluq və tənəzzül hökm sürürdü. Lakin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da bu yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirirdi. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Heydər Əliyev bu fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü.
Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. O, göstərdi ki, “müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”. Bununla da ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun- uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Beləliklə də Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
Ölkənin ərzaq təminatının davamlı olaraq yaxşılaşdırılmasına təminat verən meliorasiya və su təsərrüfatı sahəsində ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasətə və Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikintisi vacib olan obyektlərin düzgün seçilməsi, elmi baxımdan əsaslandırılaraq layihə sənədlərinin hazırlanması və tikintinin tələb olunan səviyyədə həyata keçirilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparatında və onun tabeçiliyində olan müəssisələrdə işləyən çoxsaylı insanların gərgin əməyi hesabına reallaşır.
Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və digər ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və entuziazmla davam və inkişaf etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir və öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, polad dayaqlar üzərində mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparan liderdir. Təkcə doğma Azərbaycana deyil, Qərbin, bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla yanaşan, baş verən hadisələri dərhal analiz etmək və nəticə çıxartmaq imkanları ilə fərqlənən möhtərəm Prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbət və sədaqətə heyran olmaya bilmirsən.
Azərbaycan xalqının ümummilli liderə, bu dahi şəxsiyyətə ehtiramı və ümumxalq sevgisi əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləri ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun payına düşmüş Tanrı payıdır. Uzun illər keçəcək və Heydər Əliyev bir şəxsiyyət kimi daim yaddaşlarda yaşayacaqdır.

Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi