hia.az
hia.az

"MedEra Hospital" 1 milyon manat cərimələnib?- İDDİA

262 dəfə baxılıb 18-11-2018, 14:13

"MedEra Hospital" 1 milyon manat cərimələnib?- İDDİA

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin 1 milyon manat məbləğində cərimə olunduğu iddia edilir.


"Kommersant.az"-ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən özəl xəstəxanalarda ciddi yoxlamalar başlanılıb. İddiaya görə, yoxlamalar zamanı "MedEra Hospital”da ciddi qanun pozuntusu aşkarlanıb.

Belə ki, klinikada çalışan həkim və işçi heyətinin böyük hissəsinin əmək müqaviləsi olmayıb. Hospital işçilərinin sayını az göstərərək vergidən yayınıb. Buna görə də, "MedEra Hospital” 1 milyon manat cərimə edilib.

Yoxlamalar "İstanbul NS” klinikasında da aparılıb və ciddi nöqsanlar aşkar edilib. Hər iki klinika ilə əlaqə saxladıq. "MedEra Hospital”da telefona cavab verən xanım, "Belə bir şey yoxdur” deyib, telefonu qapatdı. "İstanbul NS” klinikasında isə bizi 2 saat ərzində müxtəlif cavablar və nömrələr verdilər. Sonda da telefonlara cavab verən olmadı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi