hia.az
hia.az

Qarlı havaya görə məktəblər bağlandı

321 dəfə baxılıb 30-12-2018, 15:48

Qarlı havaya görə məktəblər bağlandıİranın 15 vilayəti, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Simnan, Zəncan, Qəzvin, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətini qar və çovğun bürüyüb.

Uikal.org-un məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 2 sutkada 4430 nəfərə yardım edilib, 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

İranın Qərbi Azərbaycan Təlim-Tərbiyə Baş İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Mehdi Məhəmmədpur qarın Qərbi Azərbaycan vilayətinin 4 rayonunda məktəblərin bağlanmasına səbəb olduğunu deyib.

Qar və çovğun nəticəsində Ərdəbil vilayətinin 7 şəhərində də məktəblər bağlanıb.

İranın Şərqi Azərbaycan vilayəti yolları qarının təmizlənməsi üzrə məsul şəxsi Qulamrza Rəsulzadə deyib ki, ötən gecə qar yağması nəticəsində vilayətin 600 kəndi ilə əlaqəsi kəsilmişdi. Yol idarəsi əməkdaşlarının səyi nəticəsində 200 kəndlə əlaqə bərpa edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi