hia.az
hia.az

İran azərbaycanlı müğənniyə qadağa qoydu

306 dəfə baxılıb 26-12-2018, 13:59

İran azərbaycanlı müğənniyə qadağa qoydu
İran hökuməti "Barış" musiqi qrupunun konsert keçirməsinə icazə verməyib.

Unikal.org kult.az-a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycanın tanınmış müğənnisi Məsud Barış özü məlumat verib.

O, konsertə hansı səbəbdən icazə verilməməsindən xəbərsiz olduğunu bildirib:

“Təəssüf ki, yenə də məlum olmayan səbəblərə görə mənim konsert keçirməyimə icazə verilmədi. Məlum insanlar, hətta musiqidən anlamayanlar paytaxtdan Təbrizə üz tutur, icazəli şəkildə 40 gün əvvəldən reklama başlayır. Onlar biletdən əldə etdikləri gəlirlə kimliyi məlum olmayan mənasız musiqilər istehsal edir və bu şəkildə əhalinin zövqünü korlayırlar. Maraqlıdır ki, həmin qruplar müxtəlif rəsmi orqanlar tərəfindən dəstəklənir. Səlahiyyətli orqanlar verdikləri boş şüarlara rəğmən, istedadlı musiqiçilərə nəinki yardım etmir, hətta konsertlərə icazə verməyərək, onların sıradan çıxmasına şərait yaradırlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi