“Bizi bir-birimizə qırdırmaq üçün...” - Ərdoğan
“Məzhəb üzərindən bizi bir-birimizə qırdırmaq üçün biriləri şeytani oyunlarını davam etdirmək istəyirlər. İnsanı insanın canavarı olaraq görən anlayış təəssüf ki, bəşəriyyətin həm bu gününü, həm də gələcəyini təhdid edir”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya səfərində Həzrəti Mövlanənin 745-ci ildönümü ilə bağlı keçirilən Şəb-i Arus mərasimində bildirib.
R. Ərdoğan qeyd edib ki, İslam dünyası bu çətin dövrdə Həzrəti Pirin tövsiyələrinə daha çox ehtiyac duyur: “Mövlanənin doktrinasının mahiyyəti əşyaya təslim olmamaq, insanı ucaltmaq, münaqişəni deyil, həmrəyliyi əsas götürməkdir. Onun tövsiyəsinin əsası çoxluqla vəhdətdir, yəni çoxluqda birlik təşkil etməkdir".
13-10-2026, 14:44 Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir
13-10-2026, 12:46 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
| « Kasım 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||