hia.az
hia.az

Almaniya yollarında sürət həddini aşmağın nəticələri necə olur?

271 dəfə baxılıb 15-12-2018, 14:24

Almaniya yollarında sürət həddini aşmağın nəticələri necə olur?Hər il iki milyondan çox sürücü Almaniya yollarında sürət həddini aşmağa görə cəzalandırılır.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, bu cəza pul cəriməsi və Federal Avtonəqliyyat İdarəsinin məlumat bazasında cərimə balları yazılmasından ibarət ola bilər. Almanlar cərimə balı almaqdansa, pul cəriməsi ödəyib “canlarını qurtarmağı” üstün tuturlar, çünki cərimə balları qısa müddətdə silinmir. Səkkiz cərimə balı almış sürücü bu hüquqdan məhrum edilə bilər. Təzədən gedib imtahan verməyə isə hər kəsin həvəsi olmur.

Almaniyada qüvvədə olan qaydalara görə, sürət həddini saatda 20 kilometr aşmağa görə 10 avrodan 35 avroya qədər pul cəriməsi ödənilməlidir, lakin bu halda cərimə balları hesablanmır və belə hadisələr məlumat bazasında qeydə alınmır.

Yaşayış məntəqələri hüdudunda sürət həddini aşmağa görə cərimənin həcmi belə məntəqələrdən kənarda eyni qanun pozuntusuna cərimə ilə müqayisədə daha yüksəkdir. Bu halda sürəti saatda 21-25 kilometr aşmağa görə 80 avro və bir cərimə balı, sürəti saatda 51-60 aşmağa görə isə 280 avro, 2 cərimə balı və 2 ay sürücülük hüququndan məhrumetmə şəklində cəza tədbirləri nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi