hia.az
hia.az

Ulduz hücumçu: "PSV-yə minnətdarıq..."

350 dəfə baxılıb 13-12-2018, 14:06

Ulduz hücumçu: "PSV-yə minnətdarıq...""Tottenhem”in hücumçusu Harri Keyn Çempionlar Liqasının son turunda "Barselona” ilə keçirdikləri səfər oyunundan (1:1) danışıb.





Fanat.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən 25 yaşlı forvard belə deyib:


"Cüzi şansımız var idi. Heç nə lehimizə deyildi. Amma sonadək mübarizə apardıq. Buraxılan topa yaxşı reaksiya verə bildik. Ruhən sarsılmadıq, öz üslubumuzda oynamağa davam etdik. Son dəqiqələrdə də olsa, qol vuracağımıza inanaraq döyüşdük. PSV-yə rəqib meydanında "İnter”dən xal aldığına görə minnətdarıq. "Barselona” ilə səfərdə heç-heçə isə özlüyündə pis nəticə deyil”.


Xatırladaq ki, B qrupundan çıxan "Tottenhem”in yeganə qolunu 85-ci dəqiqədə braziliyalı Lukas Moura vurub. 1/8 finalın püşkatma mərasimi isə 17 dekabrda keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi