hia.az
hia.az

4 ölkə İrəvan medalından imtina etdi: Hacıyevlə Babloyan davası

293 dəfə baxılıb 27-11-2018, 15:25

4 ölkə İrəvan medalından imtina etdi: Hacıyevlə Babloyan davasıDörd ölkənin nümayəndə heyəti Qara dəniz Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci baş assambleyasının iclasında təşkilatın 25 illiyi ilə əlaqədar yubiley medalı almaqdan imtina edib.

hia.az xəbər verir ki, bu məlumatı “Nyus.am” saytı yayıb. Məlumata görə, iclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ara Babloyanın bütün nümayəndə heyətlərini yubiley medalıyla təltif edəcəklərini deməsinə Gürcüstan, Azərbaycan, Türkiyə və Ukrayna qarşı çıxıb.

Belə ki, Gürcüstan tərəfi medaldan imtina etdikdən sonra bu məsələni müzakirə etmək istəmədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə nümayəndə heyətinə qısa müddətdir rəhbərlik etdiyini və vicdanının belə yüksək mükafatı almağa imkan vermədiyini deyib. O, həmçinin bu imtinasının səbəbinin siyasətlə bağlı olmadığını deyib.

Bundan sonra Babloyan mükafatın təkcə nümayəndə heyəti rəhbərlərinə aid olmadığını, nümayəndə heyətlərində olan şəxslərə də aid olduğunu bildirib. Təşkilatın baş katibi Asəf Hacıyev baş verənlərdən faciə düzəltməməyi istəyib.

Qeyd edək ki, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri iclasa qatılmayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi