hia.az
hia.az

Cəbəllütariq üzrə razılığa gəlindi

362 dəfə baxılıb 22-11-2018, 13:58

Cəbəllütariq üzrə razılığa gəlindiİspaniya və Böyük Britaniya "Brexit"lə bağlı Cəbəllütariq üzrə siyasi memorandumları razılaşdırıblar, lakin Madrid Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.

hia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, söhbət Britaniyanın Aİ-dən çıxmasına dair sazişin bir hissəsi olan Cəbəllütariq üzrə əvvəl razılaşdırılmış protokol çərçivəsində qarşılıqlı anlaşma memorandumlarından gedir.

Sənədlər arasında Cəbəllütariqdə ucuz olduğundan İspaniyaya tez-tez qaçaqmalçılıq yolu ilə gətirilən tütünün qiymətinin tənzimlənməsi var. Cəbəllütariq hökuməti onun qiymətini artırmağa razılıq verib. İkinci sənəd sərhəd işçiləri (Gündəlik olaraq Cəbəllütariqdə işləyən 10 mindən çox ispaniyalı bu ölkə ilə sərhədi keçir), üçüncü ətraf mühit məsələləri, dördüncü polis və sərhəd əməkdaşlığı ilə bağlıdır.

Beşinci sənəd vergi sazişinə aiddir. İspaniya hökumətini Cəbəllütariqdə vergilərin aşağı olması narahat edir ki, bu da bir çox ispan şirkətlərinin İspaniyada vergidən yayınmaq üçün orada qeydiyyatdan keçməsinə gətirib çıxrır.

Cəbəllütariq hökuməti bu məsələni həll edəcəyinə söz verib.

Bundan əvvəl İspaniya "Brexit" sazişini dəstəkləmək üçün şərt irəli sürmüşdü.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi